adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 May 2017 10:00
22914
KRİMİNAL
A- A+

Bakıda qonşular arasında dava: 35 yaşlı kişi xəstəxanalıq olub

Bakıda qonşular arasında dava tərəflərdən birinin xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.

Adalet.az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Qobustan qəsəbəsində 1982-ci il təvəllüdlü Niftəliyev Elmar Zümrüdpaşa oğlu qonşusu (hələlik adı açıqlanmır) tərəfindən döyülüb. Nəticədə o, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.