adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 May 2017 22:14
6674
MƏMLƏKƏT
A- A+

İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı

Prezident İlham Əliyev M.Y.Nəbiyevə "Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının prokurorluq və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Yusif oğlu Nəbiyevə "Əməkdar hüquqşünas” fəxri adı verilsin”.

***

Prezident İlham Əliyev A.R.Novruzovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbasəli Ramazan oğlu Novruzov "Şöhrət” ordeni ilə təltif edilsin”.

***

Prezident İlham Əliyev A.Ə.Əliyevin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev "Şöhrət” ordeni ilə təltif edilsin”.

***

18:59

Prezident İlham Əliyev Ə.A.Zeynallının Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.

***

19:45

Prezident İlham Əliyev "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 338-VQD nömrəli Qanununun tətbiqi məqsədi ilə qərara alıram:

"Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988; 2015, № 11, maddə 1339; 2016, № 1, maddə 134) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında "artırılması” sözündən sonra ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi” sözləri əlavə edilsin.

2. 1-ci hissədə "artırılaraq” sözündən sonra ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlər” sözləri əlavə edilsin.

3. 1.2-ci bənddə "müəssisələrində” sözündən sonra "və Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin.

4. 1-1-ci və 2-ci hissələrdə "müəssisələrində” sözündən sonra ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilsin”.

***

Prezident İlham Əliyev 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1072) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 5.1-ci bəndində "(bundan sonra - yerli orqanlar),” sözlərindən sonra "Fondun tabeliyində olan sosial xidmət müəssisələri və” sözləri əlavə edilsin”.

***

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 573-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 573-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev "Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanını "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 422-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94, № 11, maddə 1111; 2009, № 4, maddə 226, № 6, maddə 417; 2014, № 10, maddə 1199; 2015, № 3, maddə 273; 2016, № 9, maddə 991) 2.3-1-ci bəndində "və 14-1.2-ci maddəsinin ikinci cümləsində” sözləri ",14-1.2-ci maddəsinin ikinci cümləsində, 16-1.1-ci və 16-1.4-cü maddələrində” sözləri ilə əvəz edilsin”.

***

Prezident İlham Əliyev ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 338-VQD nömrəli Qanununun tətbiqi məqsədi ilə qərara alıram:

"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanında (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2010, № 2, maddə 84; 2014, № 5, maddə 477, № 12, maddə 1564; 2015, № 5, maddə 527; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 3-cü hissədə ismin müvafiq hallarında "müəssisələri” sözündən sonra ismin müvafiq hallarında "və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin.

2. 1-ci hissədə "müəssisələrində” sözündən sonra "və 2015/2016-cı tədris ilindən başlayaraq magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin.

3. 4.1-ci bənddə "müəssisələrində” sözündən sonra "və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri əlavə edilsin.

4. 4.2-ci bənddə "səviyyələrinə” sözündən sonra ", Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə” sözləri əlavə edilsin.

5. 4.4-cü bəndə "müəssisələrinə” sözündən sonra "və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri və "müəssisəsinin” sözündən sonra ", magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri əlavə edilsin”.

***

Prezident İlham Əliyev "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanını "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1007; 2011, № 7, maddə 633) 2.3-cü bəndindən "yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzləri” sözləri çıxarılsın”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80, № 3, maddə 235; 2007, № 9, maddə 870; 2008, № 11, maddə 970; 2009, № 5, maddə 323; 2011, № 2, maddə 85; 2012, № 3, maddə 198; 2016, № 5, maddə 863, № 7, maddə 1263) ilə təsdiq edilmiş

"Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 14.4-cü bəndində "yerli orqanların” sözləri "yerli bölmələrin” sözləri ilə əvəz edilsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 669-VQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 669-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 307.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası həyata keçirir”.