adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 May 2017 22:54
6033
DÜNYA
A- A+

Yunanıstanda sabiq baş nazirin avtomobili partladılıb

Yunanıstanda sabiq baş nazir Lukas Papadimosun avtomobili partladılıb.

Adalet.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində baş nazir daxil olmaqla 4 nəfər yaralanıb, sabiq baş nazirin həyatı üçün heç bir təhlükə yoxdur.

"Papadimos xəstəxanadadır, onun həyatı üçün heç bir təhlükə yoxdur. Minalanmış paket partlayıb. Partlayış avtomobildə olub, baş naziri müşayiət edən 3 nəfər də yaralanıb", - mənbə bildirib.

Qeyd edək ki, Papadimos Yunanıstanın baş naziri vəzifəsində 2011-ci ilin 11 noyabrından 2012-ci ilin 16 mayına qədər çalışıb.