adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 May 2017 17:10
23591
MƏDƏNİYYƏT
A- A+

Kukla Teatrında daha bir maraqlı layihə reallaşacaq

Mütəmadi maraqlı layihələrlə balaca teatrsevərləri sevindirən, hazırladığı tamaşalarla onların tamaşaçı zövqünü formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı layihə reallaşacaq.

Belə ki, 28 May - Respublika Günü münasibətilə teatr Dənizkənarı Bulvar İdarəsi ilə birlikdə bulvar ərazisində açıq hava konserti reallaşdıracaq.


Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq” teatr-studiyasının həvəskar aktyorları tədbirə dəvət olunacaq valideyn himayəsindən məhrum olmuş uçaqlar, eləcə də şəhər sakinləri qarşısında öz istedadlarını nümayiş etdirəcəklər.

28 may saat 18.00-da (məkan: Bulvarın Dövlət Kukla Teatrının yaxınlığındakı ərazisi) başlanacaq konsertdə studiyanın fəalları kiçik səhnəciklər nümayiş etdirəcək, repertuarlarında yer alan vətənpərvərlik mövzulu mahnılarını ifa edəcəklər.

Tədbirin təşkilindıə məqsəd balacalara bu günün önəmini aşılamaq və müstəqil dövlətimizin yetişən nəsillərə diqqət və qayğısını nümayiş etdirməkdir.

Teatrı-studiyanın balaca izləyicilərinə bayram sovqatı bununla da kifayətlənmir. Belə ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə teatrda tamaşa-konsert təqdim olunacaq. "Oyuq”çular əvvəlcə repertuarlarında yer alan maraqlı səhnə işlərindən olan "Şahın xudpəsənd oğlu” tamaşasını nümayiş etdirəcək və ardında musiqi çələngini təqdim edəcəklər.

Qeyd edək ki, hər iki tədbir xeyriyyə məqsədilə təşkil olunur və balacaların iştirakı sərbəstdir.