adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 May 2017 16:57
11457
MƏMLƏKƏT
A- A+

Hacıqabuldakı Gənclər mərkəzində tədbir kecirilib

''Demokratik Cəmiyyət Və Qadın Hüquqlarının Müdafiəsi''İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İnternet üzərindən həyata keçirilən insan alverinə SON!” layihəsinə start verib.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən birliyin sədri Mehriban Abdullayeva deyib ki, layihənin məqsədi İnsan Alveri ilə bağlı 2014-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Proqramına ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.

Onun sözlərinə görə, 3 ay həyata keçiriləcək layihə çərçivəsində Bakı ilə yanaşı Hacıqabul və Şirvan gəncləri ilə fərdi söhbətlər aparılacaq. Dəyirmi masa təşkil olunacaq: "İnsan alveri dünyada ən çox müzakirə olunan məsələdir. Bu məsələnin beynəlxalq təşkilatlar tərəfindən daim diqqət mərkəzində saxlanılır, bu mövzu ilə bağlı layihələr, konfranslar, tədbirlər həyata keçirilir, qanun və tövsiyyələr hazırlanır. Qlobal problemlə bağlı Azərbaycanda həyata keçiirlən davamlı və təxirəsalınmaz işlərin nəticəsində Azərbaycan insan alveri ilə bağlı hazırlanan beynəlxalq hesabatlarda irəliləyir. Əgər 2008-2009-cu illər üzrə ABŞ Dövlət Deportamentinin insan alveri ilə bağlı ahzırladığı hesabatlara nəzər salsaq görərik ki, bu dövr ərzində Azərbaycanda insan alveri sahəsində bir sıra çətinliklərlə qarşı-qarşıya qalıb.Ölkəmizdə insan alveri ilə bağlı həyata keçirilən Milli Fəaliyyət Proqramları sayəsində mövcud problemlərin həlli isə insan alverinin minimum səviyyəyə qədər düşməsinə gətirib çıxarıb. 2014-2018-ci illəri əhatə edən son Milli Fəaliyyət Proqramının başa çatmasına 1 ildən artıq vaxt qalmasına baxmayaraq Proqramda nəzərdə tutulan tədbirlər uğurla davam etdirilir. İnsan alveri qurbanlarının sosial reabiltasiyası, onların cəmiyyətə adaptasiya olunması, məşğulluq və bu kimi problemləri ilə bağlı həm dövlət həm də Qeyri Hökumət Təşkilatlarının birgə əməyi sayəsində ölkəmizin insan alveri ilə bağlı göstəriciləri xeyli yaxşılaşıb. Burda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mühüm rolu var. Şuranın hər il elan etdiyi qrand müsabiqələrində insan alveri prioritet istiqamət kimi nəzərə alınıb. Şura tərəfindən maliyyələşdirilən tədbirlər nəticəsində paytaxt Bakı ilə yanaşı region vətəndaşları da mövcud problem barəsində ətraflı məlumat əldə edə biliblər. Ancaq buna baxmayaraq insan alveri ilə bağlı məlumatlılıq səviyyəsinin aşağı olması, vətəndaşların bu və ya digər dərəcədə marifləndirilməməsi problemin aktuallığını daim gündəmdə saxlayır. Bugün internet imkanlarının geniş olması, xüsusən gənclərin internetdən daim istifadəsi onları özləri bilmədən belə real insan alveri qurbanına çevrilməsinə zəmin yaradır. Bu baxımdan təşkilat olaraq region gənclərinin insan alveri ilə bağlı maarifləndirilməsi layihəsini keçirməyə qərar verdik. Layihə çərçivəsində Hacıqabul və Şirvan rayonlarında gənclərə internet üzərindən həyata keçirilən insan alveri ilə bağlı ətraflı məlumatlar vriləcək. Onlara xaricdə işləmək, və ya internet üzərindən gələn hər hansı təklifin dolğun araşdırılması istiqamətində maarifləndirici tədbirlər təşkil olunacaq. Layihənin əhatə dairəsini genişləndirmək üçün KİV-lərdə geniş maarifləndirmə işləri həyata keçiriləcək”.

M.Abdullayeva onu da bildirib ki, layihə çərçivəsində Hacıqabul və Şirvanda olan kollec və texnikomlarda müsabiqə təşkil olunacaq və qaliblər mükafatlandırılacaq. Bununla yanaşı *Facebbok sosial şəbəkəsində "İNSAN ALVERİNƏ YOX DEYƏK” adlı səhifə yaradılacaq: "Bu səhifədə Azərbaycan Respublikasında insan alveri ilə bağlı həyata keçirilən işlər, o cümlədən vətəndaş cəmiyyətinin gördüyü işlərlə bağlı ətraflı məlumatlar veriləcək, səhifə üzvlərinin insan alveri ilə bağlı sualları cavablandırılacaq”.

Tədbirdə Hacıqabul şəhər icra hakimiyyətinin nümayəndəsi İmameddin İmanov, müəllim və tələbələri,ziyalilar iştirak etdilər. Çıxışlarında teşekkürlərini bildirdilər,layihənin davamli olmasını arzu etdilər.
Hacıqabuldakı Gənclər mərkəzində tədbir kecirilib