adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 May 2017 15:48
7078
DÜNYA
A- A+

Mançesterdəki terror aktı ilə bağlı 8 nəfər saxlanılıb

İngiltərənin Mançester şəhərində baş vermiş terror aktı ilə əlaqədar 8 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bunu şəhər polisinin rəisi İan Hopkins deyib.

O bildirib ki, həmin 8 nəfər hazırda həbsdədir: "Ötən gün saxlanılan daha bir nəfər isə artıq sərbəst buraxılıb".

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.