Qarabağı qaytaran türk futbolçusu

OĞUZ AYVAZ
191873 | 2017-05-25 21:45

Hasan Şaş"Futbol professional kimi görünən həvəskar bir oyundur. Həvəskar ruhla hərzaman mübarizə etməniz gərəklidir” sözlərini söyləməsəydi belə biz onun bu cürdüşündüyünü bilirdik. Onun bu həvəskar ruhla mübarizəsinin ən yaxın şahidi "AliSami Yen” stadionudur. 


O tarixi stadionda "Hamburq” oyununda yaşadığı qırğınlığıhələ unutmamış olsa da Uefa və Çempionlar Liqası zəfərlərindən, liqaçempionluqlarından bir çox uğurdan xatirəsi var. "Bolonya” və "Real Madrid”matçlarının oynandığı: 2001-02, 2005-06 və 2007-08 çempionluqlarına şahidlik edənstadion artıq olmayacaq, amma Hasan Şaşın o illərdə topladığı xatirələr bu səhifələrdəyaşayacaq: bəzən təbəssümlə, bəzən də qəhqəhələrlə xatırlanacaq!


Hasan Şaş...Gözümün qarşısına topla dəli kimi rəftar edən əfsanəvi türk futbolçu Hasan gəlir."Qalatasaray”da, Türkiyə millisində tarix yazan, bizi sevinc göz yaşlarımıza qərqedən Hasan. Onu unutmaq mümkün deyil. Uşaq yaşlarından məktəbdən qaçan Hasandostları ilə futbol oynamağa gedirdi. Evdə, dərslərdə danlanılırdı. Amma ofutbola aşiq idi. Hasan Şaş futbola həvəskar liqadakı "Akdeniz Karataşspor”dabaşlayır.


Hasan eləilk matçlardan xariqələr yaradır. Bir anda professional liqadakı klubların diqqətiniçəkir. 1991-ci ildə ilk professional sözləşməsini "Adana Dəmirspor”la həyatakeçirir. Hasan burda da özünü doğruldur. "Superliqa”dakı klublar ona elçidüşür. Ən sonunda "Ankaragücü”nə transfer olur. Burada oynayarkən hələ 17yaşında idi. Bu yaşda möhtəşəm matçlar çıxardır. Qollar, asistlər, oyunquruculuq onda mükəmməl alınır. Bu da liqanın əjdahalarından yan keçmir. İlkelçisi "Fənərbağça”nın təklifini rədd edir. Deyir ki, "mən uşaqlığımdan bəri"Qalatasaray”ın formasını geyinmək üçün xəyallar qurmuşam.”


Hasan Şaş"Qalatasaray”da ilk matçını belə xatırlayır: "Ali Sami Yen stadionunda olub-olmadığımdanəmin olmaq üçün göy üzünə baxdım. Yaxşı oynamışdım. Mənim hərəkətlərimtribunadakıları lərzəyə gətirirdi. Uğultunu eşitdikcə tüklərim biz-bizolmuşdu.”


"Qalatasaray”dakıilk mövsümündə Türkiyə kuboku matçında yoxlanılan sağlamlıq testində, qanındadopinq aşkarlanır. Hasan Şaş 6 ay futboldan uzaqlaşdırılır.


Aradan keçənzaman kəsimində Hasan futbola geri qayıdır. Özü də necə qayıdır. Fırtınlarqopardır, aləmə səs salır.

"Qalatasaray”laard-arda Türkiyə çempionluqları yaşayır. 2000-ci ildə isə Hasan Uefa Kubokunuqaldırır. "Arsenal”la keçən oyun Tanrının oyunu kimi yaddaşlarda qalır. Necəki, TRT-nin şərhçisi Ləvənt Özçəlikin dediyi kimi, "Tanrı bizim almağımızı istəyir.”

İki il sonraHasan milli komanda ilə birlikdə Dünya Kuboku üçün samurayların vətəniYaponiya, ordan isə Koreyaya yollanır. Brazilya ilə oynanılan ilk qrup matçı yəqinki, heç kimin yadından çıxmaz.

Həmin günBakıda dəhşət isti vardı. Elə bil göydən od ələyirdilər. Ailəlikcə televizorunqarşısına keçib həyəcanlı şəkildə, donuq gözlərimizi ekrana tuşlamışdıq.Hakimin fiti eşidiləndə atam həyəcanından öskürdü. Hasan Şaş topa elə gözəl, eləestetik formada zərbə endirdi ki, hamı, hətta bütün Türk dünyası ayağa qalxdı.Top tora qovuşmuşdu. Həmin gün, həmin dəqiqə hamımız eyni saniyədə qol deyəhayqırmışdıq.


Hətta yazıçı Şərif Ağayar öz dostlarını daha da ruhlandırmışdı: "Mənəelə gəlir, Qarabağı alacağıq!”.BütünAvropa türklərdən qorxmuşdu, sanki Osmanlı ordusu yenidən bərpa olunurdu. Buoyun uşaqlığımın son məğlubiyyəti idi.


Bir dəfə soyuq günlərin birində yenə "Qalatasaray”ın oyununa ailəlikcəbaxırdıq. Hesab hələ açılmamışdı, amma oyun olduqca həyəcanlı və maraqlıkeçirdi. Sonra evimizdə işıqlar zəifləməyə, lampa əsməyə başladı. Atam "zəlzələdir,qaçın” deyə qışqırdı. Televizoru söndürmək o an heç birimizin ağlına gəlmədi.Ev paltarlarımızla özümüzü küçəyə atdıq. Hava olduqca soyuq və küləkli idi.Kişilər damaqlarında siqaret püfüldədərək "Qalatasaray”ın oyunundan danışırdı,insanların arasında panika sanki yoxa çıxmışdı. Bu oyuna baxmaq eşqi zəlzələqorxusunu silib aparmışdı. Atamın əllərindən tutmuşdum, həm üşüyürdüm, həm dəqorxurdum. Daha sonra gecə saatlarında evə gedə bildik. Oyundan isə xəbərimizyox idi.


Anamqardaşım yay aylarında saçını keçəl edəndə ona Hasan Şaş deyərdi. Hasan Şaş eləbil evimizdə yaşayırdı. Onun vurduğu hər qol bizim üçün doğma adamın sevincikimi gəlirdi.


TƏQVİM / ARXİV