adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 May 2017 22:37
22322
ƏDƏBİYYAT
A- A+

Azərbaycan-Britaniya şeir gecəsi keçirilib

Londonda fəaliyyət göstərən azərbaycanlı şairə Nigar Həsənzadə tərəfindən Azərbaycan-Britaniya şeir gecəsi keçirilib.

Gecədə Mikayıl Müşfiq, Əhməd Cavad, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəyli, Şəhriyar kimi Azərbaycanın dahi şairlərinin ingilis dilinə tərcümə edilmiş şeirləri ilə yanaşı, Britaniyanın məşhur şair və yazarları – Elaine Feinstein, Ruth Padel, Fiona Sampson, David Harsentin repertuarlarından əsərlər də səsləndirilib.