adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 May 2017 10:21
5744
DÜNYA
A- A+

Braziliyada iğtişaşlar - İki nazirliyin binası yandırıldı, 49 yaralı - Video

Braziliyanın paytaxtı Braziliyada kütləvi etiraz aksiyaları keçirilib.

Baş verən qarşıdurmalar nəticəsində 7 nazirliyin binasına ciddi ziyan dəyib.

Etirazçılar prezident Mişel Temerin istefasını tələb ediblər. Etiraz aksiyalarında 150 minə yaxın insan iştirak edib.

Bundan əlavə, etirazçılar iki nazirlik - Kənd Təsərrüfatı və Maliyyə Nazirliklərini yandırıblar.

Hakimiyyət nazirlik əməkdaşlarının təxliyə edilməsi haqqında qərar verib. Dövlət qurumlarının mühafizəsinə 1500-ə yaxın insan cəlb olunub.

Ümumilikdə, gecə boyu davam edən etirazlar zamanı 49 nəfər xəsarət alıb, 7 nəfər saxlanılıb.