adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 May 2017 09:30
3238
HADİSƏ
A- A+

Bakıda hündürlükdən yıxılan fəhlənin boğazına dəmir parçası batıb

Bakının Binəqədi rayonunda fəhlə bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Adalet.az  Report-a istinadlaxəbər verir ki, hadisə Xocasən qəsəbəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Dövran Adıgözəlov fərdi yaşayış evlərindən birinin ikinci mərtəbəsində iş görən zaman yerə yıxılıb. Nəticədə yerdə olan dəmir parçası onun boğaz nahiyəsinə batıb.

Həmçinin kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib.