adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 May 2017 22:17
5220
İDMAN
A- A+

Terrora görə çempionluq paradı ləğv edildi

İngiltərə Premyer Liqasının 2016/2017-ci il mövsümündə qalib olan "Çelsi” klubu Mançesterdə baş verən terror aktı ilə əlaqədar çempionluq paradını ləğv edib.

Adalet.az xəbər verir ki, bu barədə London təmsilçinin yayımladığını press-relizdə bildirilir.

Bəyanatda faciəvi hadisənin fonunda həftəsonu çempionluq paradanının keçirilməsinin yersiz olduğu açıqlanıb.

Qeyd edək ki, mayın 22-də axşam "Mançester Arena"da amerikalı pop müğənni Ariana Qrandenin konsert proqramı zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər həlak olub, 64 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.