adalet.az header logo
  • Bakı 11°C
24 May 2017 21:54
6081
DÜNYA
A- A+

Aralıq dənizində miqrant faciəsi: 31 ölü

Aralıq dənizində Liviyadan İtaliyaya miqrantları daşıyan gəmi qəzaya uğrayıb.

Adalet.az-ın məlumatına görə, hadisə nəticəsində azı 31 miqrant həlak olub.

Qəza Liviya sahillərindən 30 dəniz mili məsafədə baş verib.

Hazırda bölgədə İtaliya sahil-mühafizə xidməti tərəfindən axtarış işlərı aparılır. İlkin məlumatlara görə, gəmidə 500-ə yaxın miqrant olub.

Qeyd edək ki, bu əməliyyatla yanaşı hazırda Aralıq dənizində ümumilikdə 1700 miqrantın xilas olunması istiqamətində 15 digər əməliyyat da aparılır.