adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 May 2017 16:43
16368
ELM VƏ TƏHSİL
A- A+

İndoneziya səfiri ADU tələbələrinə mühazirə oxudu

ayın 24-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İndoneziya Araşdırmalar Mərkəzinin təşəbbüsü, professor Həbib Zərbəliyevin təşkilatçılığı ilə İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan BəyFənaniADU-nun indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan I-IV kurs tələbələrinə mühazirə oxuyub.

"İndoneziya XX əsrin sonları-XXI əsrin əvvəllərində” adlı mühazirə çərçivəsində səfir təmsil etdiyi ölkənin müasir tarixi haqqında ətraflı məlumat verib.

İnteraktiv formada təşkil olunan mühazirədəPancasila fəlsəfəsi prinsipi, Şərqi Timor məsələsi, İndoneziya tolerant ölkə kimi və s. məsələlərə də toxunulub.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.