adalet.az header logo
  • Bakı 20°C
24 May 2017 16:41
17768
ELM VƏ TƏHSİL
A- A+

Milan Tərcümə İnstitutunun professoru ADU-da mühazirə DEDİ

Mayın 24-də Altiero Spinelli adına Milan Tərcümə İnstitutunun Mediatore linguistico şöbəsinin rəhbəri professor Bruno Osimon Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində italyan dili üzrə təhsil alan tələbələrəPeşəkar tərcümənin əsasları fənni üzrə "Bədii mətnlərin tərcüməsi problemləri” adlı video-konfrans şəklində mühazirə oxuyub.

O, mühazirəsində tərcümə nəzəriyyəsinin tarixi, məşhur dilçilərin töhfələri, mədəniyyətlərarası dialoqun dilçilik üçünfaydası və tərcümə zamanı tətbiq olunan müxtəlif üsullar barədə geniş məlumat verib.

Eyni zamanda, Şərqi və Qərbi Avropada tərcümə sənətinin intibahı, Y.M.Lotman, R.O.Jakobson və digər dilçi alimlərin tərcümə nəzəriyyəsi sahəsində mövcud dərslikləri haqqında ətraflı danışıb.