adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 May 2017 16:32
6488
MƏMLƏKƏT
A- A+

Şuranın dəstəyilə məktəblilərə “Sağlamlığımıza sahib olaq!” çağırışı

"Etimad” uşaq və yeniyetmələrə psixoloji dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi "Sağlamlığımıza sahib olaq!” layihəsi çərçivəsində tədbir keçirib.

Tədbirdə layihə rəhbəri məktəblilərə sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə, gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın, ətrafda olan həmyaşıdları ilə xoş və qarşılıqlı ünsiyyətin təsirindən danışıb.

Ekspert yeniyetmələrə gündəlik həyatda vacib olan gigiyenik qaydaları, həmçinin viruslardan qorunmağın yolları haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, məktəblilərə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.