adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 May 2017 16:45
8215
İDMAN
A- A+

Arda haqda növbəti iddia

"Barselona"nın futbolçusu Arda Turan Kataloniya klubundan ayrılmağa hazırlaşır.

Adalet.az-ın "El Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçinin "Nou Kamp"dakı əşyalarını yığdığı və başqa kluba transfer olunmağı planlaşdırdığı bildirilib.

Qəzet iddia edib ki, Ardanı "Barsa"ya gətirən baş məşqçi Luis Enrikenin klubdan ayrılmağı onun komandadakı gələcəyinə mənfi təsir göstərib. Enrikenin gedişi ilə klubda onu dəstəkləyəcək heç kimin qalmayacağı bildirilib.

Qeyd edək ki, A.Turan 2015-ci ildə "Atletiko"dan "Barselona"ya transfer olunub.