adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 May 2017 15:49
23088
MƏDƏNİYYƏT
A- A+

Məşhur aktyorlarımız Alanya film festivalında

Dünən Beynəlxalq Alanya Film Festivalının təntəli açılış mərasimi keçirilib.

Adalet.az-ın məlumatına görə, açılışda Azərbaycan, Rusiya, Belarus, Ukraynadan kino xadimləri iştirak ediblər. Festivala ölkəmizdən xalq artisti Fəxrəddin Manafov və xanımı Vera (Vahidə) Manafova, əməkdar artist Mehriban Zəki, Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu və digərləri yollanıb. Gecəyə ümumilikdə 80-ə yaxın kino xadimi və media nümayəndələri qatılıb. Açılışda aktyorlar səhnəyə dəvətedilərək təqdim olunub, nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb.

Qeyd edək ki, festival çərçivəsində Azərbaycan istehsalı olan "Çölçü”, "Həddən artıq uyğunluq”, "Qırmızı bağça”, "İçəri Şəhər” filmləri nümayiş olunacaq.