adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 May 2017 15:54
7206
DÜNYA
A- A+

Britaniyada 13 terror aktının qarşısı alınıb

Böyük Britaniya xüsusi xidmət orqanları 2013-ci ildən 13 terror aktının qarşısını alıb.

Bunu "Sky News” telekanalının efirində Böyük Britaniyanın daxili işlər naziri Amber Radd bildirib.

"Bizim xüsusi xidmət orqanları çox yaxşı işləyirlər. Onlar 2013-ci ildən 13 terror aktlarının qarşısını alıblar. Odur ki, hazırda Mançesterdə baş verən terrorla bağlı istintaqın detallarını hələlik açıqlaya bilmərəm”.

Qeyd edək ki, Mançesterdə baş verən terror aktında 22 nəfər ölüb, 120 nəfər yaralanıb.