adalet.az header logo
  • Bakı 13°C
24 May 2017 13:04
23473
MƏDƏNİYYƏT
A- A+

Gəmiqaya-Qobustan əlifbasını kəşf edən alimin yubileyi

25 may tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda AYB Cəfər Cabbarlı Komissiyasının və AQRA EİDİB-nin təşkilatçılığı ilə Gəmiqaya-Qobustan əlifbasını kəşf edən tədqiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun sabiq böyük elmi işçisi, şair, publisist Əjdər Fərzəlinin 80 illik yubileyi keçirilmişdir. 

Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə AYB katibi Rəşad Məcid açmış, Cəfər Cabbarlı Komissiyasının sədri A.Rüstəmli "Əjdər Fərzəlinin elmi və bədii yaradıcılığı" mövzusunda geniş məruzə etmişdir. AMEA-nın həqiqi üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Millət vəkili, yazıçı Aqil Abbas, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirli, ADPU Filologiya Fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Ağcabədi RİH şöbə müdiri Təyyar Hacıyev, Naxçıvan MR Bakı nümayəndəliyinin məsul işçiləri Ramazan Abbasov, Azər Rəhimov, Prof.Dr.Abbas Seyidov, Prof.Dr.Bayram Allahverdiyev, Baş ədliyyə müşaviri Abdulla Yusifli, yazıçı Seyran Səxavət, şair Əli Rza Xələfli, publisist Tahir Aydınoğlu, tədqiqatçı-alim Əli Şamil, yazıçı Allahverdi Eminov, şairi Mərcan Şahbuzlu, publisist Səadət Qarabağlı, AQRA EİDİB-nin sədri Mirələkbər Seyidov və b. Əjdər Fərzəlinin elmi və bədii yaradıcılığından, kəşflərindən, onun əhəmiyyətindən, gözəl insani keyfiyyətlərində söz açmış, maraqlı xatirələr söyləmişlər. Ədibin nəvəsi Xaqan Məmmədov, ADMİU-nun tələbələri (Hüseynağa və b.) Ə.Fərzəlinin əsərlərindən parçalar səsləndirdilər.


Tədbirdə təşkilatçılara Ə.Fərzəli haqqında ünvanlanmış məktublar, o cümlədən TC Fırat Universitetinin dosenti, doktor Süleyman Kaan Yalçının və Cəlilabad rayonu Şatırlı kənd tam orta məktəbinin tarix müəllimi Elşad Əmənovun dəyərli fikirləri oxundu. Əjdər Fərzəliyevin xanımı Xuraman Fərzəliyeva tədbirin sonunda təşkilatçılara, bütün zəhməti olanlara minnətdarlığını bildirdi.

Sonda ədibin qəzəlləri Dilkeş muğamı üstə Mənsum İbrahyimovun tələbəsi filoloq- xanəndə Mehranə Məmmədli tərəfindən ifa olunub.