adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 May 2017 12:06
6453
MƏMLƏKƏT
A- A+

QMİ dindarlara xəbərdarlıq edib

"Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir".

Adalet.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlanması ilə bağlı verdiyi Fətvada deyilir.

"Əminik ki, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi olacaq, kütləvi informasiya vasitələri və sosial mediada QMİ-nin tərtib etdiyi, məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan təqvimin təbliği və yayılmasına nəzarət edəcək", - deyə Fətvada bildirilir.

Fətvada qeyd olunur ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.