adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 May 2017 16:30
8662
DÜNYA
A- A+

Stalinin nəvəsi vəfat edib

İosif Stalinin nəvəsi, rejissor Aleksandr Burdonski dünyasını dəyişib.

Adalet.az
xəbər verir ki, bu barədə "İnterfaks”a çərşənbə günü Rusiya ordusunun Mərkəzi Akademik Teatrından bildiriblər.

"Aleksandr Vasilyeviç bu gecə dünyasını dəyişib”, - İnterfaks-a rejissorun işlədiyi teatrdan deyiblər.

Teatrda onun uzun müddətdir ki, ürəyində olan problemlərdən əziyyət çəkdiyi bildirilib.

Rusiyanın Xalq artisti Burdonski, Rusiya ordusunda səhnəyə qoyulan 20-dən çox tamaşanın quruluşçu-rejissoru idi. Onun quruluşunu verdiyi tamaşalar sırasında "Qəlbin simlərində ifa”, "Səfehy Platonov”, "Gözlənilməyən” və s. tamaşalar yer alır.

Bundan başqa, Burdonski – SSRİ Nazirlər Şurasının sədri İosif Stalinin nəvəsi, Aviasiya general-leytenantı Vasili Stalinin oğlu idi.

Keçən il rejissor 75 illik yubileyini qeyd etmişdi.