adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 May 2017 11:47
4811
İDMAN
A- A+

“Qırmızı şeytanlar” üçün tarixi gün

Bu gün Avroliqada keçiriləcək final görüşü ilə qitənin ikinci dərəcəli klub turnirində 2016/2017 mövsümünə yekun vurulacaq.

Stokholmda baş tutacaq həlledici qarşılaşmada "Ayaks” və "Mançester Yunayted” üz-üzə gələcək.

Bu gün "Ayaks” 21 ildən sonra avrokuboklarda final həyəcanı yaşayacaq. Matç "Mançester Yunayted” üçün də əlamətdardır. Belə ki, "Qırmızı şeytanlar” bu gün tarixi ərzində ilk dəfə Avroliqada final oynayacaq.

Qeyd edək ki, "Mançester Yunayted” qalib gələcəyi təqdirdə, növbəti mövsüm Çempionlar Liqasında oynamaq hüququ qazanacaq. "Ayaks” isə uduzsa belə Hollandiya çempionatının gümüş mükafatçısı kimi ÇL-də çıxış edəcək.