adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 May 2017 11:29
23792
KRİMİNAL
A- A+

Bakıda külli miqdarda narkotik tutuldu

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəşir Məhərrəmovdan 1 kiloqram 30 qram heroin götürülüb.