adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 May 2017 11:16
15580
KRİMİNAL
A- A+

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.