adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 May 2017 10:31
3550
HADİSƏ
A- A+

Bakıda polis qəzaya düşdü

Bakıda yol polisinin idarə etdiyi motosiklet minik maşını ilə toqquşub.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Dövlət Yol Polisi İdarəsinə məxsus, polis nəfəri Yaşar Qocalının idarə etdiyi "Yamaha" markalı motosiklet "Mercedes" markalı minik maşını ilə toqquşub.

Nəticədə xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.