adalet.az header logo
  • Bakı 19°C
24 May 2017 10:23
3507
HADİSƏ
A- A+

Bakıda anasını vəhşicəsinə döyən oğul saxlanıldı

Bakıda anasını qəddarcasına döyən oğul barəsində cinayət işi açılıb.

Dünən Binəqədi rayon Biləcəri qəsəbə sakini 1940-cı il təvəllüdlüYusifova Əsmər Piri qızıağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, onu oğluTelman Yusifov amansızlıqla döyüb.

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları anasını vəhşicəsinə döyən oğulu saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

Araşdırma aparılır.