adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 May 2017 10:26
6975
DÜNYA
A- A+

ABŞ terrorçulara 100 TIR silah verdi - Video

ABŞ Türkiyəyə satmaqdan imtina etdiyi silah və hərbi avadanlığı PKK-nın Suriyadakı qollarına verib.

Adalet.az "Haber7”yə istinadən xəbər verir ki, ABŞ-ın 100 TIR ağır silahı mayın 15-i və 20-si tarixlərində İraq-Suriya sərhədindən keçirilərək terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD”-yə təhvil verilib.

Silahların arasında 80 və 120 mm-lik minaatan, "MK19” bombaatan, "M4” "Gabrine” və "M16” tipli avtomat silahlar, "Humwee” hərbi avtomobili, "Cougar” tipli Piyadaların Zirehli Maşınlar və ABŞ-ın Türkiyəyə satmadığı tankəleyhinə "FGM148 Javelin” raket qurğusu da var.

Rəsmi Vaşinqton həmin silahların terrorçu İŞİD qruplaşmasının nəzarətində olan Suriyanın Rakka şəhərinin azad edilməsində istifadə ediləcəyini və əməliyyatlar bitdikdən sonra silahları terrorçulardan geri alacağını iddia edib.

Qeyd edək ki, Amerikanın terrorçulara verdiyi silahlardan Türkiyə Silahlı Qüvvələrində yoxdur.