adalet.az header logo
  • Bakı 18°C
23 May 2017 23:02
28230
MARAQLI
A- A+

Yaponlar süni insan dərisi yaratdılar

Qeyri-adi kəşfləri ilə tanınan yaponiyalı alimlər daha bir yeniliyə imza atıblar.

Adalet.az xəbər verir ki, Yaponiyada inanılmaz dərəcədə təbii insan dərisinə oxşayan süni dəri yaradılıb. Süni dəri normal insan dərisi kimi tər vəzlərinə və tük örtüyünə sahibdir.

Kiçik fincanların içərisində yaradılan dərinin keyfiyyətinin öyrənilməsi üçün laboratariya müşahidəsinə aparıldığı deyilir. Laboratoriyada gəmiricilərin üzərinə implantasiya olunan dəri orqanizmə adaptasiya ola bilir.

Gəmiricilərin orqanizmi süni dəriyə heç bir kənar reaksiya verməyib. İki həftə sonra dərinin üzərində tüklər yaranmağa başlayıb.

Yaponiyalı alimlərin gəldiyi qənaətə görə, süni dərinin normal təbii insan dərisindən heç bir fərqi yoxdur. Gələcəkdə daha da təkmilləşdirilmiş süni dəridən ağır yanıqlardan dərisini itirmiş pasientlərin reabilitasiyasında istifadə oluna bilər.