adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2017 21:45
115397
KRİMİNAL
A- A+

Ötən gün 84 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 16-sı "isti izlər”lə açılıb.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.