adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 May 2017 21:37
20790
ƏDƏBİYYAT
A- A+

“Yelkənsiz qadınlar” gün üzünə çıxdı

Gənc Tamaşaçılar Teatrında yazıçı, şair Fərhad Amurun "Yelkənsiz qadınlar” kitabının təqdimat mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, açıq havada keçirilən mərasimdə yazıçılar, şairlər, tənqidçilər, müəllifin oxucuları və yaxın dostları iştirak edib.

Fərhad Amur illərdir üzərində işlədiyi romanını kitab halında təqdim etdiyi üçün çox sevincli olduğunu, əsərin oxucuların da marağına səbəb olacağına inandığını bildirib.

Kitab Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından işıq üzü görüb.