adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2017 21:24
76749
MƏMLƏKƏT
A- A+

Bakıda beynəlxalq konfrans və sərgi keçiriləcək

30-31 may 2017-ci il tarixlərində "Holiday Inn Baku” otelində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Ümumdünya Əqli Müllkiyyət Təşkilatı və Patent və Əmtəə Nişanları Mərkəzinin birgə təşkilatçılığı ilə "Ənənəvi biliklər və coğrafi göstəricilər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Adalet.az xəbər verir ki, tədbirdə sənaye, kənd təsərrüfatı və digər sahələri əhatə edəcək sərgilər nümayiş olunacaq. Tədbirdə məqsəd yerli şirkətlər tərəfindən istehsal olunan məhsulların əmtəə nişanları və ya coğrafi göstərici kimi hüquqlarının ölkə daxilində, habelə xarici ölkələrdə beynəlxalq sistem vasitəsilə qorunması, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dəstək məqsədi daşıyır.