adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
23 May 2017 19:00
21434
ELM VƏ TƏHSİL
A- A+

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbulu ilə bağlı protokollar imzaladı

Odlar Yurdu Universiteti ərəb ölkələrindən tələbə qəbul edəcək. Bununla əlaqədar olaraq ərəb ölkələrində 17 ofisi olan IGEC beynəlxalq şirkətinin region direktoru Məhəmməd Nimravi, operator meneceri Anas Al Tarman, IGEC Fələstinin ölkə meneceri İsmayıl Halahleh, IGEC Azərbaycanın ölkə meneceri Ülviyyə Cəlilzadə Odlar Yurdu Universitetinin qonağı olublar. İlk olaraq qonaqları qəbul edən Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev qonaqlara universitet haqqında ətraflı məlumat verdi. Azərbaycan və İslam ölkələri arasında sürətlə inkişaf edən geniş bəhs edən rektor, İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsini xüsusilə vurğuladı.

Daha sonra qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandı. IGEC şirkətinin nümayəndələri öz növbələrində islam ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil almaq arzularının olduğunu bildirərək, gələcək planlarından danışdılar və beynəlxalq mübadilənin şərtləri ətrafında müzakirələr aparıldı. İmzalanan müqavilə tələbə və magistrantların, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur.

Qonaqlar Azərbaycanın bütün islam dünyası üçün uğurlu bir nümunə olduğunu qeyd etdi və Azərbaycan xalqının maraqlarını ifadə edən bütün məsələlərdə həmrəyliklərini dilə gətirdilər.