adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 May 2017 18:46
81790
SİYASƏT
A- A+

Oqtay Əsədovun Latviyaya səfər proqramı açıqlandı

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Latviyaya səfəri zamanı Azərbaycan və Latviya parlamentlərarası münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.

Bunu Trend-ə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

Onun sözlərinə görə, səfər gələn həftə baş tutacaq.

Səfər zamanı parlament sədrinin Latviya prezidenti Raymond Veyonis, Seymin spikeri İnara Murnietse, baş nazir Maris Kuçinski və iqtisadiyyat naziri Arvil Aşeradenlə görüşəcəyi gözlənilir.