Vüqar Səfərlidən jurnalistlərə veriləcək mənzillərlə bağlı açıqlama
"Təzə tikilmiş mənzillər ancaq sırf jurnalistlərə veriləcək. Texniki işçilərə mənzil düşmür”.
Bunu "Ekspress”in əməkdaşı ilə söhbətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.
Onun sözlərinə görə, komissiya üzvləri təyin olunmuş vaxtda redaksiyalarda olacaq, redaksiyaların nə vaxtdan fəaliyyət göstərməsini, nə qədər texniki işçisi və jurnalisti olmasını müəyyənləşdirəcək.
Vüqar Səfərli onu da vurğulayıb ki, redaksiyalar tərəfindən namizədlərin sırf jurnalistlər olub-olmaması da dəqiqləşdiriləcək.
"Bu barədə qardaşıma da güzəşt etməyəcəyəm”deyərək, icraçı direktor diqqətə çatdırıb.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06