Beş ölkənin kralı İlham Əliyevə məktub göndərib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
Adalet.az-ın məlumatına görə, onun məktubunda deyilir:
"Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm”.
Azərbaycan dövlət başçısını 28 May-Respublika Günü münasibəti ilə həmçinin Niderland kralı Villem-Aleksandr, Norveç kralı - V Harald, Belçika kralı Filip və İsveç kralı Karl Qustav, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səud,Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai də təbrik ediblər.
Digər Xəbərlər
29 Mart 2024 16:45
Solovyova "qardaşlarından "müjdə":Ermənistanda proqramlarının yayımı dayandırıldı
29 Mart 2024 15:42Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
29 Mart 2024 15:33Paytaxtda 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək
29 Mart 2024 13:26Pulu olmayan bələdiyyələr fəaliyyət göstərməməlidir – Fazil Mustafa
29 Mart 2024 10:46