adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 May 2017 17:58
81484
MƏMLƏKƏT
A- A+

Fikrət Məmmədov qəbul keçirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mayın 26-da Tovuz rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Tovuz Olimpiya İdman Kompleksində (ünvan: Tovuz şəhəri, Heydər Əliyev prospekti 4) keçiriləcək qəbulda Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (02230) 5-48-81, 5-82-50, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və[email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Tovuz Olimpiya İdman Kompleksində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.