adalet.az header logo
  • Bakı 20°C

YENİDƏN TANIDIĞIM KAMAL ƏHMƏD

ƏBÜLFƏT MƏDƏTOĞLU
106728 | 2017-05-23 17:25

"Xalqbank"ın daha bir "Xalq Əmanəti"

Hər dəfə şəhərimizinçox görkəmli, diqqətçəkən yerlərində ucaldılımış "Xalqbank"ın 16-cı mərtəbəsinəqalxanda mənə elə gəlir ki, göy üzünə bir az da yaxınlaşıram. Bu təkcə fiziki anlamdayaxınlaşma deyil, bu mənə görə həm də ruhən yerdən qopub ayrılmadı. Təbii ki, söhbətməsafədən daha çox yaşanandan gedir. O yaşananları da duymaq və o yaşantıları özününküləşdirməküçün mütləq "xalq əmanəti"nin aurasına daxil olmalısan. Həmin auraya daxilola bilsən mütləq yer üzündən ayrılacaqsan, mütləq başının üstündəki buludlardanyuxarıdakı səma sənə boy verəcək. Axı səni o yüksəkliyə qaldıran "xalq əmanəti"ninözüdü, sözüdü, rəngləridi və bir də təbii ki, məramı, məqsədidi...

Bəli, açığını deyimki, artıq sayını itirmişəm bu 16-cı mərtəbədə neçə dəfə olmağımın. Ona görə itirmişəmki, burda yaşadıqlarım saya, hesaba çığmır. Mənə irad tuta bilərsiniz ki, bu biraz unutqanlıqdı, xeyr, heç də belə deyil. Əgər unutqanlıq olsa, ən azından mən kitabrəfinə baxa bilərəm. Həmin o rəfdə eyni boyda. Eyni biçimdə düzülmüş kitablar var.Onların sayı bu yazıya nöqtə qoyanda 15-ə çatacaq. 15 kitab, 15 imza, 15 şəxsiyyət,15 də savab deməkdi mənə görə. Axırıncını xüsusi vurğulayıram. Çünki bu 15 kitabınhər birində Azərbaycanın rəssamlığı, arxitekturası, heykəltəraşlığı, poeziyası,musiqisi, bir sözlə, sözü və sənəti bir toplum, bir külliyat şəklində araya, ərsəyəçıxarılıbdı. Oxucu, tamaşaçı tanıdığı, tanımadığı, gördüyü, görmədiyi, oxuduğu,oxumadığı o qədər yeni sənət əsərləri ilə, poeziya nümunələri ilə qarşılaşır ki,heyrətlənməyə bilmir. Şəxsən mən "xalq əmanti" sayəsində çox dəyərli rəssamlarımızınheç harlda rast gəlmədiyi fırça işlərinin işlərinin tamaşaçısına çevrildim. Onagörə ki, həmin rəsm əsərləri ayrı-ayrı insanların evindən götürülmüşdü, onlardanbu layihəyə hədiyyə edilmişdi. Yəni layihənin təşkilatçıları, onun rəhbərləri heçbir çətinlikdən qorxmayaraq az qala ev-ev, ünvan-ünvan həmin əsərləri, həmin nümunələritoplamışdılar. Bax, bu gün barəsində fikirlərimi bölüşməyə çalışdığım "xalqəmnatəi"nin qəhrəmanı Kamal Əhməddi.

Düzünü deyim ki,mən bu rəssam barəsində çox az bilgiyə malik idim. Onu sadəcə olaraq son dərəcəçox sevdiyim Səttar Bəhlulzadənin dostu kimi tanıyırdım. Elə ki, "Xalqbank"ın16-cı mərtbəsinə qalxdım və sərgi önündə dayandım, onda hiss etdim ki, çox şey itirmişəm.Heç də təsadüfi deyil ki, Kamal Əhmədin sərgisini təşkil edən və həmin sərgidə nümayişolunan əsərləri çox sanballı kitaba çevirən layihə rəhbərləri rəssamın ruhunu buzala, bu otaqlara köçürə bilmişdilər. Tam səmimiyyətimlə etiraf edim ki, mən KamalƏhmədin iş başında əlində fırça, ağ köynəkdə dönüb çox mənalı, düşündürücü, həmdə davamedici baxışlarını görəndə elə bildim ki, məni qınayır. Onu gec tanıdığımagörə, mənə narazılığını bildirir. Bax elə həmin o andan başladı mənim Kamal Əhməddünyasını şəkil-şəkil, əsər-əsər gəzməyim. Tabloların hər biri sirli bir dünya kimivərəqlənir və tamaşaçıya, xüsusilə mənə deyirdi ki, dayan, diqqətlə bax, arxa planagörə, alta və üst qatlara enib qalx.

Ötən həftənin soniş günü həmişə olduğu kimi izdihamlı olan "Xalqbank"ın 16-cı mərtəbəsindəbir sərgi açılmışdı. Bank rəhbərliyinin qayğısı ilə gerçəkləşdirilən layihənin növbətitəqdimatı idi. Mən bu təqdimatlar zamanıartıq görməyə alışdığım tanış üzlərə baxıram. Təbii ki, onların arasında dostlarım,həmkarlarım da var. Hiss edirəm ki, bura toplaşan insanlar elə-belə, nəyəsə görəgəlməyiblər. Onları bura ürəkləri çəkib gətirib. Və ayaqüstü söhbət etdiyim şairdostum Çingiz Əlioğlu vurğuladı ki, bu layihələr çox mükəmməl, çox böyük bir işdi.Sağ olsunlar ki, dəyər verirlər. Əziyyət çəkib, tapıb toplayıb xalqa əmanət edirlər.Mən şəxsən çox minnətdaram bu ideyanın sahibinə, bu layihənin rəhbərlərinə, bu layihənigerçəkləşdirənlərə. Bir tablo önündə daynamışam. Baxıram və düşünürəm. Gördüklərimməndə öz yaşantılarımı bir növü təkrarlayır.Həmin o yaşam mənim Qarabağda gördüklərim, həyatımın silinməyən naxışlarıdı.Bu elə bir mənzərədi ki, adam istər-istəməz düşünür. Əgər bir kənd axşamını bu cürincəliklə kətana köçürmək qabiliyyəti insana verilibsə, deməli, həmin insan təkcəistedad sahibi deyil, o həm də Allahın sevdiyibəndədi. Ona görə də Kamal Əhmədin 1970-ci ildə yağlı boya ilə kətana köçürdüyü"mənzərəsi" mənim Qarabağdakı kəndimin sanki kopyası idi. Orda da gecələrbax, beləcə görünürdü. Və yaxud rəssamın "At ilə avtoportret" əsəri. Buda mənə kənddə keçən günlərimi xatırladan bir məqam oldu. Və bütün bu məqamlarıniçərisində mən bu qənaətə gəldim ki, Kamal Əhməd həyatın ona etdiyi zülmlərdən yorulmayıb.Kiçik yaşlarından hər iki valideyni itirməsinə baxmayaraq, insanlara qarşı onda sevgi hissi daha güclü olub. Onu incidənlərin,onun haqqını tapdalayanların üstünə getməyib, əksinə göy üzünə üz tutubdu. Ona görədə əsərlərin mənim anlamımda bütün çalarlarının arxa planında göy üzü, səma, halallıq,səmimiyyət və sadəlik dayanıbdı. Hətta çəkdiyi şəkillərin çox böyük hissəsinin göyüzündən gəldiyi təəssüratı da var məndə. Çünki o şəkillərin hamısının fonunun birhissəsini göy üzü öz qanadları altına alıbdı.

Digər tərəfdən KamalƏhmədin istər çəkdiyi portretlər, istər mənzərə şəkilləri, istər illüstrasiyalarhər biri özü-özlüyündə göy üzü ilə təmasdadı. Onların arxa fonları bəzən gecəni,qaranlığı ifadə etsə də, o qaranlıqda ulduzlar da görünür, ay da görünür. Mənimüçün ən maraqlı işlərdən biri Kamal Əhmədin "Rəssamın ailəsi" əsəri oldu.Və mənə elə gəldi ki, Kamal Əhmdin bu fantaziyasının qəhrəmanları elə onun özü vəailə üzvləridi. "Xalqbank"ın "xalq əmanəti" layihəsinin KamalƏhməd təqdimatı mənim üçün həm də onu bir insan kimi tanımaqla da yaddaşıma köçdü.

Rəssam barəsindəsöylənilən fikirlər məndə belə bir fikir yaratdı ki, daxilən azadlıq aşiqi olanvə düşüncülərini də öz əsərlərinə köçürməyi məharətlə bacaran Kamal Əhməd bir rəssamkimi heç vaxt tərəddüd hissi keçirməyib. Ona görə də rəngləri öz iç dünyasının mənzərəsinəuyğun seçib. İç dünyanının mənzərəsi də təbii ki, şəffaflıq, azadlıq və sülhdənqaynaqlanıb. Ona görə də Kamal Əhmədin əsərlərində həmişə işıq qalibdi. Və o işıqhəmişə qaranlığı yarıb keçib. İstər onun "Lampa" əsərində, istər"Dəvə"sində, istərsə də "Köhnə hamam"ında.

Çox maraqlı anlaryaşadığım "Xalqbank"ın 16-cı mərtəbəsindən özümlə Kamal Əhmədin əsərlərinintoplandığı kitabları da aparıram. Amma qoltuğumda olan bu kitabdan başqa yaddaşımayazılanlar da var. Onlar da Kamal Əhməd barəsində həmin layihənin təqdimatında eşitdiyimfikirlər, sözlər oldu. Mən o fikirləri, o sözləri yazıma əlavə etmədim ki, onlarıntəkrarına yol verməyim. Lakin bir fikri, bir sözü mütləq deməliyəm. O da çox hörmətlişair dostum Səlim Babullaoğlunun dedikləridi. Səlim bəy söylədi ki, hər dəfə layihələrimizreallaşanda daxilən bir rahatlıq hiss edirəm.

Mən bu layihəninredaktoru olan Səlim Babullaoğlunun fikirləri ilə tam razıyam. Ona görə ki, maraqlıvə ən əsası isə xalqın olanını xalqa qaytarmaq ideyasının bəhrəsini, təzahürünüreallıqda görmək həqiqətən sevindiricidi, həqiqətən daxili bir rahatlıqdı. O cümlədəndə Kamal Əhmədi təkcə rəssamlara, həmkarlarına, sağlığında onun ətrafında olanlaratəqdim etmək yox, həm də ictimaiyyət qarşısına çıxarmaq məhz o savab işin ən zərif,ən zəruri və ən unudulmaz anıdı. Bu anları bizlərə, o cümlədən də mənə yaşatdıqlarınagörə, layihənin ideya sahiblərinə və onu gerçəkləşdirənlərə, həmçinin layihəninrəhbəri Rafiq Həşimova bir vətəndaş olaraq minnətdarlığımı ifadə etməyə bilmərəm.Sağ olun ki, xalqın olanını xalqın özünə qaytarırsınız. O cümlədən də Kamal Əhmədi!



TƏQVİM / ARXİV