adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 May 2017 15:22
4058
GÜNDƏM
A- A+

Azərbaycanlı cərrah Fərman Ceyranlı Gürcüstanda saxlanılıb

Tanınmış azərbaycanlı cərrah, professor Fərman Ceyranlı Gürcüstanda saxlanılıb.

Adalet.az-ın xəbərinə görə, bu barədə Gürcüstan İctimai Televiziyası məlumat yayıb.

Gürcüstan mətbuatında gedən məlumatlardan aydın olur ki, F. Ceyranlının rəhbərlərindən biri olduğu "Lanset” klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib.

Klinikanın sahiblərindən olan F. Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.


Bu gün F. Ceyranlının məhkəməsi keçiriləcək. Onun barəsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.


F. Ceyranlının rəhbərlik etdiyi "Lanset” klinikasından APA-ya məsələ ilə bağlı hər hansı məlumat verilməyib, günün sonunda açıqlama olacağı bildirilib.