adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 May 2017 14:56
7527
MƏMLƏKƏT
A- A+

Bakı “Expo-2025”-ə namizəd oldu

Azərbaycan, Rusiya, Fransa və Yaponiya "Expo-2025” Dünya universal sərgisinə ev sahibi olmaq üçün namizədliyini irəli sürüb.

Adalet.az
xəbər verir ki, bu barədə fransız KİV-i Beynəlxalq sərgilər bürosuna istinadən məlumat yayıb.

Sərgiyə ev sahibliyi etmək üçün namizədliklərini verən şəhərlər sırasında Paris, Yekaterinburq, Bakı və Osaka yer alır.

Qalib 2018-ci ilin noyabrında Beynəlxalq sərgi bürosunun Baş Assambleyasında 170 iştirakçı ölkənin səsverməsi ilə təyin ediləcək. Hazırda "Expo”nun 2025-ci ilin mayın 2-dən noyabrın 2-nə qədər davam edəcəyi gözlənilir.

"Expo” beş ildə bir dəfə keçirilir. 2015-ci ildə Milanda keçirilib, 2020-2021-ci illərdə sərgi Dubayda keçiriləcək.