adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 May 2017 11:54
8156
İDMAN
A- A+

Türkiyənin məşhur futbolçusu həbs edilib

Türkiyədə hüquq-mühafizə orqanları lüks avtomobil qaçaqmalçılığı ilə bağlı cinayət işi çərçivəsində genişmiqyaslı əməliyyat keçiriblər.

Adalet.az "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, İstanbul Jandarma Komandanlığı tərəfindən bu gün səhər həyata keçirilən əməliyyat zamanı 20 nəfər saxlanılıb. Saxlanılanlar arasında "Fənərbağça" futbol komandası və Türkiyə milli komandasının oyunçusu Ozan Tufan da var. O. Tufan İstanbul Jandarma Komandanlığının qərargahına aparılıb.