adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 May 2017 11:38
7773
DÜNYA
A- A+

Londonda “Viktoriya” vağzalında təxliyə işi aparılır

Böyük Britaniyanın paytaxtında "Viktoriya” vağzalında təxliyə işləri aparılır.

Adalet.az xəbər verir ki, bu barədə RİA Novosti şahidlərin sözlərinə istinadən məlumat yayıb.

Buna səbəb isə şübhəli əşyanın aşkar edildiyi versiyası istisna olunmur.

Mançesterdə partlayış ilə əlaqədar Böyük Britaniyada təhlükəsizlik tədbirləri gücləndirilib. Xatırladaq ki, mayın 22-də saat 22:35-də "Mançester Arena” stadionunda amerikalı müğənni Ariana Qrandenin konsertinin sonunda partlayış olub.

"New York Times” qəzetinin məlumatına görə, polis terror aktı versiyasını nəzərdən keçirir. Partlayıcı qurğunun stadionda qoyulmuş çantada və ya kamikadze-terrorçu tərəfindən işə salındığı ehtimal edilir.

Məlumata görə, terror aktının qurbanları 22 nəfər olub. Həkimlərin sözlərinə görə, 59 nəfər yaralanıb.