adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 May 2017 10:44
16080
ELM VƏ TƏHSİL
A- A+

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanı keçirir.

Adalet.az DİM-ə istinadən bildirir ki, imtahan Bakı və Sumqayıt şəhərlərində yerləşən, reprezenatativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən keçirilir.

Monitorinq imtahanlarında 12522 şagirdin iştirakı nəzərdə tutulub.

İmtahan saat 10:00 da başlanıb. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçirilir. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.