adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2017 09:46
3597
GÜNDƏM
A- A+

Ariana Qrande konsertində baş verən partlayışa münasibət bildirib

Amerikalı müğənni Ariana Qrande İngiltərənin "Mançester arena” stadionunda konserti zamanı baş verən partlayışla əlaqədar başsağlığı verib.

Adalet.az-ın Report-a istinadən məlumatına görə, bu barədə ifaçı öz "Twitter” səhifəsində yazıb.

"Qəlbim parçalanıb. Çox, hədsiz dərəcədə təəssüf edirəm. Deməyə söz tapmıram”, - deyə o yazıb.

Mayın 22-si axşam saatlarında Ariana Qrandenin konserti keçirilən "Mançester arena” stadionunda partlayış baş verib. Nəticədə 19 nəfər ölüb, 50 nəfər yaralanıb. Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal edilir.