adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 May 2017 09:18
21345
KRİMİNAL
A- A+

Dərman qutusundan narkotik vasitə və psixotrop maddələr çıxdı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, baxış zamanı, qutunun içərisində təsiredici maddəsinin ümumi miqdarı 0,044 qram olan buprenorfin, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan metadon və təsiredici maddəsinin ümumi miqdarı 1 qram olan tramadol adlı dərman preparatları aşkar edilib.

Xatırladaq ki, buprenorfin "Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II siyahısına, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II siyahısına, tramadol isə "Güclü təsir edən maddələr”in siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.