adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 May 2017 09:10
7790
DÜNYA
A- A+

Türkiyə ABŞ-ı terrorçulara dəstəkdə ittiham edib

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç Vaşinqtonu Suriya kürdlərinə silah tədarük etmək qərarına görə sərt tənqid edib.

Adalet.az Report-a istinadən xəbər verir ki, bunu o, hər il keçirilən Amerika-Türkiyə münasibətləri üzrə konfransda çıxışı zamanı edib.

"Siz, bir terror təşkilatını digər terror təşkilatına qarşı mübarizədə istifadə edə bilməzsiniz və etməməlisiniz. Xüsusilə də, sizin tərəfdaşınız deyəndə ki, bu, terror təşkilatıdır”, - deyə səfir bildirib.

Kılıç ABŞ-ın Rakkada əməliyyatın aparılması üçün Suriya kürdlərinə alternativ tapa bilməməsinə dair iddialarını da başa düşmədiyini qeyd edib. Türkiyə səfiri bu məsələdə Türkiyə və artıq İŞİD-ə qarşı uğurlu əməliyyatlar aparmış "Azad Suriya Ordusu”nun olduğunu xatırladıb.

"ABŞ və Türkiyənin tərəfdaşlığı seçim məsələsi deyil, zərurətdir”, - deyə Kılıç əlavə edib və Türkiyəni regionda demokratiyanın uğurlu olduğu ölkələrdən biri adlandırıb.