Qalib idmançı və məşqçilərə nə qədər pul veriləcək? - ÜMUMİ MƏBLƏĞ
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 14 gün ərzində yığmamız 75 qızıl, 50 gümüş və 37 bürünc medal (cəmi 162) ilə birinciliyə yüksəlib. Bu nəticə İslam Oyunları tarixində yeni rekord, Azərbaycan idmanı üçün isə tarixi uğurdur.
Ölkəmizin liderliyə yüksəlməsində əməyi keçən hər bir idmançı, məşqçilər mükafatlandırılacaq.
Azərbaycan prezidenti İlham Əliyev 11 may tarixində bununla bağlı iki sərəncam imzalayıb. Sərəncama əsasən birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat veriləcək.
Ölkə başçısı ikinci sərəncamı Milli Olimpiya Komitəsi Prezidenti olaraq imzalayıb. Sərəncama əsasən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
Ümumilikdə iki sərəncama əsasən İslam Oyunlarında birinci olan idmançıya 150 min manat, gümüş medal qazanana 80 min, bürünc medalın sahibinə isə 50 min pul mükafatı veriləcək.
Üçüncü yerin qalibi olan idmançının şəxsi məşqçisi üçün 25 min manat nəzərdə tutulub. 37 idmançı bürünc medal qazandığından onların şəxsi məşqçiləri üçün nəzərdə tutulan vəsait 925 min manatdır. Məşqçilər üçün nəzərdə tutulan pul mükafatı 8 milyon 550 min manat təşkil edir.
Qalib idmançılar və məşqçilərə veriləcək ümumi məbləğ25 milyon 650 min manatdır.