adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 May 2017 17:13
4774
MƏMLƏKƏT
A- A+

Qasırğanın İsmayıllıya vurduğu ziyan açıqlandı

Ötən gün saat 17:00 radələrindən başlayaraq İsmayıllı şəhərinin ərazisində güclü yağış və dolu ilə müşayət olunan qasırğa hadisəsi baş verib.

İcra hakimiyyətindən verilən məlumata görə, qasırğa nəticəsində şəhərin elektrik, rabitə və qaz təsərrüfatına ciddi zərər dəyib. Belə ki, 20-dən çox yerdə çoxillik ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində 10 kv-luq və 10 yerdə 0.4 kv.luq hava xətləri sıradan çıxıb, kənd təsərrüfatına və əkin sahələrinə xeyli ziyan dəyib.

Şəhərin ərazisində İsmayıllı şəhər 6 saylı tam orta məktəbinin, İsmayıllı Şəhər Bələdiyyəsinin, 8 ümümi yaşayış binalarının və 10-a yaxın sahibkarlıq obyektinin dam örtüklərinə ağac aşması və güclü küləyin təsiri ilə ciddi ziyan dəyib. 1 avtomobilin üzərinə ağac aşıb.

Təbbi fəlakətin vurduğu ziyanla bağlı rayon Fövqəladə Hallar Komissiyasına 30-dan çox vətəndaş müraciət edib.

Təbbi fəlakətin rayon ərazisində elektrik, rabitə, su, qaz və kənd təsərrüfatına həmçinin vətəndaşlara vurduğu zərərin miqdarı hesablanır.