adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 May 2017 16:06
9049
SİYASƏT
A- A+

Zakir Həsənov Gürcüstanda baş nazirlə görüşdü

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Adalet.az xəbər verir ki, görüşdə müdafiə sahəsində hərbi əməkdaşlığın möhkəmləndirilməsi və hərbi sahədə təcrübə mübadiləsi məsələləri diqqət mərkəzində olub.

Tərəflər Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli əməkdaşlığın formatı, habelə strateji nəqliyyat strukturlarının müdafiəsi məsələsini də müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.