adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
22 May 2017 15:35
6251
MƏMLƏKƏT
A- A+

Dəmir Yolunda qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun rəhbərliyi ilə talassemiyalı xəstələrə dəstək məqsədilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qanvermə aksiyası keçirir. Aksiya bu gün saat 10:00-da Bakı dəmir yolu xəstəxanasında başlayıb.

Bu barədə Adalet.az-a "Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, talassemiyalı xəstələrə qayğının göstərilməsi Heydər Əliyev Fondunun, şəxsən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə” layihəsinin dəstəklənməsi üçün dövlət və kommersiya strukturlarının, eləcə də QHT-lərin cəlb edilməsi istiqamətində böyük işlər görülüb.

Layihə çərçivəsində Azərbaycan Talassemiya Federasiyası, əsasən, korporativ donorluq ideyalarını geniş təbliğ edərək, ölkəmizin paytaxtı və regionlarında qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyalarının təşkili ilə məşğul olur. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərilir.