Aqil ABBAS: Elşad Paşasoy, Aznaurla Osseyni yəqin tanıyırsan?!

AQİL ABBAS
127967 | 2017-05-23 19:54

Dostum, «Yeni Müsavat»da Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı keçmiş böyük qardaşlarımızınölkəsində yaşayan məşhur ziyalılarla, iş adamlarıyla bağlı bir gileyli məktubunuoxudum. Onluğa vurmusan. Uşaqlara tapşırdım ki, bizim də saytda yerləşdirsinləryazını.

Vaxtiləit ilində Şarl Aznaurla Rober Osseyni müqayisəetmişdim. Şarl Aznauru, dünyanı tullayıramkənara, Azərbaycanda it də tanıyır, amma Rober Osseyni yəqin ki, ölkəmizdə çoxlarıtanımır.

Bilməyənlərüçün. Rober Osseyn Şarl Aznaurdan dünyada daha şöhrətlidi və daha pulludu. Şarl Aznaurun beşincimi, ya altıncımı babası ermənidi.Yəni uzaq bir keçmişdəki kökü ermənidi, amma Rober Osseynin atası, yəni beşinci, altıncı babası yox ha, atası, cılxa azərbaycanlıdı.

ŞarlAznaur düşüb dünyaya ermənitəbliğatı aparır, bir tərəfdən də dünyanın bir çox ölkələrində konsertlər verir, qazandığı milyonları bağışlayır İrəvana.

Ammabu günədək Rober Osseyn nəinki xeyirimizəbir söz alıb ağzına, heç Azərbaycana birşirniquş da göndərməyib.

Yavaş-yavaşgələk mətləb üstə. Bir «otxod» söhbəti çıxmışdı.Amma bəzilərinin «otxod» adlandırdıqları Qarabağ savaşı başlayanda Rusiyadavə keçmiş SSRİ məkanının başqa respublikalarında min bir əziyyətlə qazandıqlarıpulları ərzağa, silah-sursata verib göndərirdilər Qarabağda döyüşən igidlərimizə. Özü də hansı çətinliklərlə. Hələ çoxları da Rusiyadakıişlərini buraxıb gəlib qoşulmuşdular könüllü döyüşçülərimizə, bu millətin, bu vətənin uğrunda vuruşurdular və nə qədəri də şəhid oldular.

Gələk indi «otxod»olmayanlara, yəni sənin irad tutduqlarına. Məsələn, Rüstəm İbrahimbəyov günahı Rusiyanınapardığı siyasətdə deyil, ÜAK-ın özündə görür. Həm də onu da xüsusi vurğulayır ki, ÜAK-dan ziyalılar ona görə qaçırdı və dağıldı ki, Azərbaycan iqtidarı bu diaspor təşkilatını idarəetməyə çalışırdı. Sözündən belə çıxır ki,diaspor təşkilatı Azərbaycanı idarə etməlidi. Necə ki Azərbaycan müxalifəti iləbirləşib 2013-cü ildə buna cəhd etdilər, bacarmadılar. Çünki xalq da arxalarıncagetmədi, Rüstəm İbrahimbəyov Tiflisdən əli ətəyindən uzun qayıtdıMoskvaya və sonra da ordan da çıxdı getdi deyəsən Vaşinqtona.

Baxıram, bir nəfərsənə irad tutub ki, niyə Tahir Salahovun adını yazmısan və sonra da qeyd edir ki,Tahir Salahov öz etirazını bildirib və Azərbaycanın hansısa kanalında intervyü veribbununla bağlı. Azərbaycanın hansısa kanalında nənəm də Rusiyaya etiraz edə bilər. Özümüz deyib, özümüz eşidirik.Gərək etirazı Moskva telekanallarında bildirəsənki, sözünün də bir kəsəri olsun.

İndi sənin də yazını,mənim də yazımı bizimkilər oxuyacaq. Yəninə sənin, nə də mənim səsim gedib Rusiyaya çatası deyil. Uzaqbaşı, o ciddi yazına görə sənə boş-on dost zəng edibtəşəkkür edəcək, bir də Yardımlıdahörmətin bir az da artacaq. Necə ki mənim bəzi yazılarıma görə Qarabağa gedəndəhamı bağrına basır ki, yaman yazmışdın ey, ya da televiziyada yaman danışdın ey.

Və sonda. Dostum,deyirlər Əzrayıl bala paylayır. Bir nəfərdə qayıdır ki, Əzrayıl mənim balama dəyməsin, payladığı bala qalsın özünə. İndi biz o Rusiyadakı məşhurlardanheç nə ummuruq, elə bizə bəla göndərməyə çalışmasınlar, bəsdi.

Və lap sonda. Həmmüharibənin şıdırğı, həm də müharibədən sonrakıdövrlərdə tez-tez yazırdım, bu gün də həminfikrimdə qalıram.

Yazırdım ki, Ağdamazad olunandan sonra İmarətdə böyük bir məhkəməquracağıq, xüsusilə də Ağdamdan milyonlarqazananlara. Məhkəmə quracağıq ki, Ağdamınağır və dar günlərində sən bu şəhər, bu camaat üçün nə etmisən? İndi azad olmuşAğdamda yaşamağa haqqın çatır, yoxsa yox.

Dostum, darıxma,gün gələcək torpaqlarımız azad olacaq, onda da bir haqq-hesab sorulacaq: sən Azərbaycanınağır günlərində Vətənin üçün nə etmisən?

Bir də eşitdim ki, Rüstəm İbrahimbəyov səni aşağılayıb. Yadına düşür, uşaq vaxtı belə bir söz vardı: bir uşaq o biri uşağısöyəndə əlinə tez bir dəmir parçası alırdı ki, əlimdə dəmir var, söyüş getmir ha,qayıdır özünə!

Jurnalistin də əlindəqələm var, əlində ədalətli qələm olana nə söyüş gedir, nə də aşağılanma. Qayıdırözlərinə! Sənin də əlindəki qələm ədalətli qələmdi.


TƏQVİM / ARXİV